Rayona gedən sürücülər postdan belə qaytarıldılar — FOTO/VİDEO

 

Bakı-Quba-Rusiya sərhəddi yolunda quraşdırılan karantin postunun yeri dəyişdirilib.

"AzerTaym.az" avtosfer.az-a istinadən xəbər verir ki, hazırda post yolun 52-ci kilometirliyində qurulub və burada sürücülərin yoxlanılması prosesi daha intensiv şəkildə davam etdirilir. Postda yaradılan şəraitdən sonra artıq, sürücülərin torpaq yolla bu ərazidən keçməsi də məhdudlaşdırılıb. Əməkdaşımız karantin postunda olub və buradakı vəziyyəti müşahidə edib. Məlum olub ki, posta Bakıdan rayon istiqamətində gedənlərin sayəsində yenə də tıxac müşahidə edilir. Həmçinin hərəkət edənlərin əksəriyyətinin icazə sənədi yoxdur. Bu səbəbdən Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının birinci və ikinci tağımının, eləcə də Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, eyni zamanda post patrul xidməti və daxili qoşunların hərbi qulluqçularının nəzarəti altında həmin sürücülərin əksəriyyəti geri qaytarılır. Bəziləri isə avtomobili postun ərazisində saxlayaraq icazə sənədlərini və yaxud rayon qeydiyyatı olmaları ilə bağlı sənədləri tapıb təqdim etməyə çalışırlar.

Hazırda Bakı istiqamətində hərəkət intensivliyi yoxdur. Az sayda avtomobil müşahidə edilir. Amma Bakıdan rayonlara güclü axın var. Quba istiqamətində demək olar ki, 1 km-ə yaxın tıxac yaranıb. Buna baxmayaraq polis əməkdaşları günün istisində sosial məsafəni gözləməklə, qoruyucu maskalardan istifadə edərək vətəndaşların sənədlərini bir-bir yoxlayır və onlara icazəsi olub-olmaması ilə bağlı göstəriş verib postdan keçmələrinə imkan yaradır. İcazəsiz olanlar təbii ki, geri qaytarılır. Həmçinin tibbi maskası olmayan sürücülərə yol polisləri tərəfindən maskalar təqdim olunur. Yol Patrul Xidməti Alayının ikinci tağımının komandiri, polis kapitanı Süleyman Əliyev özü də prosesdə iştirak edərək sürücülərə maska paylayır.

Yük maşınları üçün ayrıca zolaq yaradılıb. Bəzi minik avtomobilləri sürücüləri həmin zolağa daxil olaraq yük maşınlarının hərəkətini məhudlaşdırırlar. Belə sürücülər də cəzasız qalmır.

Xüsusi karantin rejimini pozduqları üçün bu gün postda təxminən 20-30 sürücü barəsində İnzibati Xətalar Məclləsinin 211-ci maddəsinin tələblərinə uyğun olaraq protokol tətbiq edilib. Yol Patrul Xidməti Alayının ikinci tağımının komandiri, polis kapitanı Süleyman Əliyev Avtosfer.az-a bildirib ki, bəzi sürücülərin “bəlkə keçdim” ümüdi ilə yola çıxmasına görə tıxaclar yaranır. “Vətəndaşlara müraciət edərək bir daha bildiririk ki, icazə sənədi olmadan yola çıxmasınlar. Postlarda ciddi yoxlama həyata keçirilir. Onların bu hərəkəti həm icazəli sürücülərin tıxacda qalmasına səbəb olur, həm də polisin işini gərginləşdirir.

 






Fikirlər