Operativ Qərargahda qərarları bu şəxslər qəbul edir - RƏSMİ
Operativ Qərargah Nazirlər Kabinetinin nəzdində yaranan qurumdur və orada bütün dövlət qurumlarının nümayəndələri ən yüksək səviyyədə təmsil olunur. Publika.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib. Qarayeva bildirib ki, virusun yayılmasının qarşısı kifayət qədər alınıb: "Bu müddətdə dərman vasitələrinin ölkəyə gətirilməsi, xəstəxanaların hazırlanmasına nail olduq. Biz sadəcə istəyirik ki, bundan sonra rəqəmlər artmasın". ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, virusun yayılması eksponsional xarakter daşıyır: "Virusa yoluxanları gördüyünüz zaman çox gec ola bilər. Virusa yoluxanlar artacaq. Heç kim özünü qorumasa, biz bunun şahidi olacağıq".