Azərbaycanda günün koronavirusla bağlı ƏN SON STATİSTİKASI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumata əsasən bu gün ölkədə 7831 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 202 nəfər reanimasiyada, 45 nəfər isə süni tənəffüs cihazındadır. Qeyd olunub ki, bu gün 6682 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 488 852 test aparılıb. Xatırladaq ki, bu gün Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə vəfat edib. /"Qafqazinfo"