NİZAMİ rayonunda fəaliyyətinə icazə verilən obyektlərdə REYDLƏR aparılır
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən müvafiq qərar və sərəncamların icrasına nəzarəti gücləndirmək məqsədilə 08 iyul 2020-ci il tarixində Nizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah üzvləri ilə birgə növbəti reydlər aparıblar. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirilib ki,rayon ərazisində fəaliyyət göstərən marketlərdə, fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, kənd təsərrüfatı məhsullarının satışı bazarında, eləcə də istirahət parklarında aparılan reydlər zamanı sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsinin vacibliyi barədə bir daha xəbərdarlıq edilib, reydlərin mütəmadi olaraq davam etdiriləcəyi, tələblərə əməl olunmayan obyektlərin sahibləri barədə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilib. Bundan əlavə, rayon ərazisində mobil qruplar tərəfindən də mütəmadi reydlər keçirilir və vətəndaşlarla maarifləndirmə işləri aparılır, sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı çağırışlar olunur.