RƏFİQƏLƏRİN yeni təhsil nazirinə SABOTAJI: Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə necə gəldi?!

Ötən həftə Bakıda 20 məktəbin direktoru yerdəyişmə ilə digər məktəblərə təyinat alıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən cumhuriyyet.az -a verilən məlumata görə, 18 direktor tutduğu vəzifədən azad edilib.

Həmin direktorlardan 14-ü yaş həddi, 4-ü isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb. Həmin məktəblər bunlardır:19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262 və 322 saylı orta məktəblər. Bundan əlavə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıblar. İdarədən bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə təhsil nazirinin əmrilə yeni direktor təyin edilib. Bildirilib ki, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva Təhsil Nazirinin müvafiq əmrinə əsasən, İdarənin tabeliyindəki digər ümumi təhsil məktəbinə təyinat alıb. E.Ağayeva 20 nömrəli məktəb-liseyə yeni direktor təyin edilib.
Bildirək ki, bu yeni təhsil naziri Emin Əmirullayevin ilk sərəncamlarındandır. Maraqlıdır ki, haqqında müsbət imic olan Əmirullayevin nazir təyinatından sonra təhsil sistemində olan bu ilk sərəncamda yer alan kadr haqqında cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda xoş olmayan məlumatlara rast gəldik. Adı mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı, əvvəl Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru olmuş Esmira Ağayeva Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) kimi tanınıb. Hətta cumhuriyyet.az olaraq yerli mediada yazılan idiialara əsasən bildirək ki, ötən ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz nazir müavininin müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquq-mühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər. Digər bir iddiaya görə isə öz yaxın rəfiqəsinin köməkliyi ilə daha prestijli məktəbə direktor gəlməyi hədəfləyən E.Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edibmiş. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir. Yeni nazirin dövründə yeni təyinat iddiaları təsdiqləmiş oldu.






Fikirlər