Miladi: 8 oktyabr 2015
Hicri: 24 Zil hiccə 1436

İlin 281-ci günü
İlin sonuna 84 gün qalır 

Bu günün namaz vaxtları

Fəcr - 06:33
Günəş – 07:42
Zöhr – 13:33
Əsr – 17:12
Məğrib - 19:30
İşa – 20:46

Əhəmiyyətli hadisələr

1802-ci ildə Rusiya ilə Fransa arasında sülh müqaviləsi bağlanılıb.
1818-ci ildə Dünyada ilk dəfə ingilislər boks əlcəyindən istifadə ediblər.
1862-ci ildə Otto fon Bismark Almaniyanın kansleri olub.
1873-cü ildə ABŞ-da ilk qadın həbsxanası açılıb.
1906-cı ildə Lev Tolstoy Nobel mükafatından imtina edib.
1912-ci ildə Osmanlı və Balkanlarda yerləşən dövlətlər arasında Balkan Muharibəsi başlayıb.
1917-ci ildə Sovet Rusiyasında, Leninin təklifi ilə Aleksandra Kollantay dünyanın ilk qadın naziri oluub.
1958-ci ildə Pakistanda Eyüp Xan üsyan ilə hakimiyyətə gəlib.
1967-ci ildə Çe Gevara və dəstəsi Boliviyada ölü tapılıb.
1967-ci ildə İngiltərədə ilk dəfə alkotester yaradılıb.
1970-ci ildə Rus yazıçısı Aleksandr Soljenitsin Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib.
1992-ci ildə Bakının «Azadlıq» meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.
1993-cü ildə Gürcüstan MDB-yə daxil olub.
1997-ci ildə Strasburqda Avropa Şurasının zirvə toplantısı (9-10 oktyabr) çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib.
1998-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı Portuqaliyalı yazıçı Xose Saramaqo (Jose Saramago)ya verilib.
2001-ci ildə Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşub, 118 nəfər həlak olub.
2005-ci ildə Kəşmirdə (Pakistan) Rixter cədvəli üzrə 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 75000 nəfərə yaxın adam ölüb, 106.000 nəfər insan yaralanıb.
2011-ci ildə Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində dünya çempionu olub. Bu Azərbaycan boks tarixində dünya çempionatlarında qazanılan ikinci qızıl medaldır. İlk dəfə bu nailliyyətə 2003-cü ildə Ağası Məmmədov imza atıb.

Doğumlar

1601-ci ildə Saib Təbrizi - şair (ö. 1676).
1936-cı ildə Leonid Kuravlyov - rusiyalı aktyor.
1949-cu ildə Siqurni Uiver - amerikalı aktrisa.
1954-cü ildə Maykl Dudikoff - amerikalı aktyor.
1970-ci ildə Mett Deymon - amerikalı aktyor.
1997-ci ildə Bella Torn, Amerikan müğənnisi, rəqqası, aktrisası.

Ölümlər

2009-cu ildə Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadə vəfat edib.

Bayramlar və xüsusi günlər

Namibiya — Ağac əkimi günü.
ABŞ, Milli uşaq günü.
Xorvatiya, Müstəqillik günü.