Gürcüstanda yeni rekord - 200-ə yaxın YOLUXMA...
Gürcüstanda son sutka ərzində daha 196 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb. “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 758-ə çatıb, bu virusdan ölənlərin sayı isə 19-dur. Bundan əlavə, indiyədək 1 412 nəfər sağalıb. Hazırda 6 663 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır. Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir. Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.