Azərbaycanda daha bir vəzifəli şəxs işdən ÇIXARILDI
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub. "Report"un məlumatına görə, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb.