Azərbaycanda daha 21 şagird koronavirusa yoluxdu, 8 məktəb distant təhsilə keçdi

Azərbaycanda daha 21 şagird koronavirusa yoluxdu, 8 məktəb distant təhsilə keçdi

Azərbaycanda son sutka ərzində hərarəti 37 dərəcədən yuxarı olan şagird sayı 26, işçi sayı 1 olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, son sutka ərzində koronavirusa yoluxan şagird sayı 21, işçi sayı isə 8 olub.

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən daha 6 sinif distant təhsilə keçib.

Distant təhsilə keçirilmiş məktəblərin sayı 8 olub.

Bununla yanaşı distant təhsildə olan daha 2 sinif isə əyani təhsilə keçirilib.

Ümumilikdə koronavirus səbəbindən distant təhsilə keçirilən siniflərin sayı 40, məktəblərin sayı isə 10-dur.

"AzerTaym.az"






Fikirlər