TƏRTƏRdə düşmənlə üz-üzə qalan 6 aylıq Fariz... - FOTOLAR
“BBC”nin əməkdaşı Göktay Koraltan Ermənistanın hədəf aldığı Tərtər sakinləri ilə bağlı paylaşım edib. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında Tərtərin atəşə tutulmasına baxmayaraq, sakinlərin öz torpaqlarından çıxmaq istəmədiyini qeyd edib. “62 yaşlı Aybəniz Cəfərova ilə 6 aylıq nəvəsi Farizlə atəşkəsdən əvvəl cəbhə bölgəsində yerləşən Tərtər şəhərində tanış olduq. Atəşə tutulmasına baxmayaraq, getmək istəmirdi. O, “Biz Dağlıq Qarabağdakı qələbəni gözləyirik” deyə bildirdi”, - deyə jurnalist yazıb.