Ermənilər bu dəfə “Azərxalça”nın filialına zərər vurdu - FOTOLAR
Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki əhalisini atəşə tutması nəticəsində “Azərxalça”ya da zərər dəyib. “AzerTaym.az"-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu gün müharibə cinayətləri törətməyə davam edən Ermənistan ordusunun Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində burada yerləşən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının binasına zərər dəyib. Filialın yaxınlığına düşən mərmi nəticəsində binanın pəncərələri və dam hissəsi dağılıb.