Müdafiə Nazirliyindən Ağdərə,Xocavənd və Qubadlı ilə bağlı Açıqlama - Düşmən geri çəkilməyə məcbur edilir

Müdafiə Nazirliyindən Ağdərə, Xocavənd və Qubadlı ilə bağlı Açıqlama - Düşmən geri çəkilməyə məcbur edilir

27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən başladılan əks-həmlə əməliyyatı dövründə bu günə qədər Azərbaycan Ordusunun bütün birləşmələri, bölmələri beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyasına əlavə edilmiş protokollara tam olaraq riayət edir”.

 "AzerTaym.az" bildirir ki, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu verilən göstərişlərə uyğun olaraq bütün protokol, norma və prinsiplərə riayət edir.

A. Eyvazov qeyd edib ki, bu müddət ərzində həm canlı qüvvə, həm də döyüş texnikası baxımından düşmənə verilən ağır itkilər nəticəsində düşmən hər dəfə geri çəkilməyə məcbur edilir: “Artıq bildiyiniz kimi bir neçə şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edilib. Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir, düşmənə qarşı ciddi tədbirlər görülür”. 






Fikirlər