Hərbçilərin ƏT konservləri xaricdə SATILIR? ...
26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon-servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib. “Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Dövlət Sərhəd Xidməti çıxış edib. Açıqlamada bununla əlaqədar rəsmi olaraq bildirilir ki, bu materiallar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır; “Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun-vericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”.