Azərbaycanda yeni doğulmuş uşaqlarda koronavirus aşkarlanıb...
“Ölkədə yenidoğulmuşlar arasında COVID-ə yoluxanlar var”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib. O bildirib ki, hər yaş qrupunda, o cümlədən kiçik yaş qrupunda koronavirusa yoluxanlar və xəstəliyi ağır keçirənlər var.