Hazırda ən güclü külək Bakıda əsir - Faktiki HAVA
Ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.