Telekommunikasiya şəbəkələrinin təhlükəsizliyi gücləndirildi



 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi struktur bölmələrinə parlament seçkilərində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz işi təmin etməyi tapşırıb. 

Bunu rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimə keçəcəklər.
Qurumun bütün struktur bölmələrinə torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhlükəsizlik xidmətini gücləndirmək, mümkün problemlərin operativ aradan qaldırılması üçün regional qəza briqadalarını hazır vəziyyətə gətirmək tapşırılıb.






Fikirlər