Rəsulzadənin nəvəsinin doğum günüdür



 
Məhəmməd Əmin Rəsulzadənin yadigarı, Əməkdar rəssam Rəis Rəsulzadənin doğum günüdür.

R.Rəsulzadə ad günü təsüratlarını AzNews.az-la bölüşüb: “Yubiley deyil, adi bir ad günüdür. Ailə üzvlərimlə bir yerdə olacağam. Cox güman ki, dostlarımdan da gələnlər olacaq”. 

Qeyd edək ki, Rəis Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir. 1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Sonradan isə bu qurum Beynəlxalq Rəssamlar Konfederasiyasına çevrilib. 2009-cu ildən - Əşrəf Mehdiyevin vəfatından sonra Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik etmək təklifini qəbul edib. Həmçinin DAK-ın digər qanadının Londonda keçirilən qurultayında qurumun fəxri sədri seçilib.Azərtaym.az






Fikirlər