Deputata məxsus şirkətin külli müqdarda vergi borcu üzə çıxdı ...

 Deputata məxsus şirkətin külli müqdarda vergi borcu üzə çıxdı

"Kristal Abşeron" QSC-nin dövlətə külli miqdarda borcu yaranıb. 

32gun.az-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində Tikinti Quraşdırma İdarəsinin binasında yerləşən QSC-nin dövlət büdcəsinə 265 min manatdan çox (265052.57 AZN)  vergi borcu yaranıb. 

Bildirək ki, "Kristal Abşeron" QSC  12.11.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon AZN  olan şirkətin qanuni təmsilçisi  İbrahim Dostumaliyev Cəfər Oğludur.

Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də deputat  Ağalar Vəliyevə məxsusdur. 

 






Fikirlər