Yeni rektor sələfinin daha bir kadrını işdən çıxartdı - ƏMR
Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib.
AzerTaym.az bildirir ki,bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.
Mənbənin məlumatına görə, BSU-nun yeni rektoru Anar Nağıyev universitetdə ciddi kadr islahatları aparır. A.Nağıyev sabiq rektor Nurlana Əliyevanın adı rüşvətdə hallanan kadrlarının çoxunu vəzifədən kənarlaşdırır.
Qeyd edək ki, M.İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı.