Gədəbəydə rəsmən ÖZBAŞINALIQDIR... - Rəsmən özbaşınalıqdır...
Gədəbəy rayonunun mərkəzi ərazilərindən birində, hansı ki, tarixi abidənin yerləşdiyi ərazinin qarşısında həyata keçirilən qanunsuz tikinti işləri, hal-hazırda bu rayonda icra başçısı vəzifəsini icra edən Nağıyev Natiq Fərhad oğlunun vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirə bilməməsi ucbatından baş verir desək, heç də yanılmarıq.
Çünki, həyata keçirilən tikinti işləri heç bir normativ-hüquqi qaydalara cavab vermədən həyata keçirilməkdədir. GundemXeber.az-a daxil olan məlumata görə, tarixi abidənin qarşısında tikinti işlərini aparan şəxsin, Bakı şəhərində yaşayan Rəhimov Fəqani Zahid oğlu olduğu bildirilir. Redaksiyamıza çatdırılan başqa bir məlumatda o da bildirilir ki, bu qanunsuz tikintyə aid sənədlər, Fəqani Rəhimovun anası Kəmalə xanım Əliyevanın adına sənədləşdirilib.
Fakt budur ki, tikinti işləri tarixi abidənin qarşısında, onun əhatə etdiyi ərazidə heç bir əsas olmadan həyata keçirilir. İnşaası qanunsuz olan tikintinin dayandırılması və sökülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən rəsmi qaydada məktub təqdim olunsa da, bu gün də işlər davam etdirilməkdədir. Bütün bunlara əhəmiyyət verməyən tikinti sahibi, artıq üçüncü mərtəbəni tikdirir. Yəni, bu şəxs gecə işıqda, gündüz bütün saatlarda tikinti işlərini davam etdirir ki, qoy hər kəs bu tikilinin köhnə tikili olduğu qənaətinə gələ bilsin. Söylənilənlərə görə, Kəmalə xanımın böyük oğlu geniş imkana sahib olduğundan, bu gün həyata keçirilən qanunsuz tikinti işlərinə Gədəbəy şəhər icra nümayəndəsi Şakir Məsimov göz yummaqda davam edir. Yayılan məlumatlara görə, Fəqan Rəhimov Bakı şəhərində böyük bir şirkətdə çalışır və bu şəxsin bir neçə MMC-i var. Tikinti işlərində çalışanların başqa bölgədən gətirildikləri də bildirilir. İnşaası həyata keçirilən bu tikinti gələcəkdə üçmərtəbəli hotel olacaq. Diqqət yetirək ki, Gədəbəyin “20 Yanvar” küçəsində kiçik bir ərzaq mağazasının sökülməsi haqqında, şəhər icra nümayəndəsi Şakir Məsimov qərar verir. Amma qanunsuz torpaq sahəsində üçmərtəbəli hotel tikilir, bu şəxs həyata keçirilən qanunsuz tikinti işlərinə göz yumur.
Qeyd edək ki, bu qanunsuz tikinti işi ilə bağlı Gədəbəydə tarix və mədəniyyət abidələrinin qorunmasına cavabdehlik daşıyan Xaliq Məmmədov, çalışdığı qurumun rəhbərliyinə yazılı məlumat versə də, hələ də heç bir nəticə yoxdur. Yəni, hal-hazırda rayonda tarixi abidənin qarşısında və onun yerləşdiyi ərazidə şıdırğı tikinti işləri davam etdirilməkdədir. Bu tikinti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən heç bir rəy verilmədiyi də söylənilir. Tikinti işlərini “İNCİ İPƏK” MMC-nin həyata keçirdiyi vurğulanır və bu MMC tərəfindən 2020-ci və 2021-ci illərdə saxta yolla tikinti və abadlıq işlərini “həyata keçirməsi” və bunun qarşılığında külli miqdarda büdcə pullarının mənimsənilməsi halları baş verir. İddialara görə, sabiq icra başçısı İbrahim Mustafayev və şəhər icra nümayəndəsi Şakir Məsimov, son iki-üç il ərzində saxta yollarla bu MMC-yə külli miqdarda pullar köçürülər və az sonra həmin pulları mənimsəyirlər. Ona görə də, bu gün tikinti işlərinin dayandırılması haqda “İNCİ İPƏK” MMC-yə bir söz deyən tapılmır. Bu MMC-nin çirkin işlərlə məşğul olması ilə bağlı Gədəbəy rayon prokurorluğuna şikayət olunsa da, tərəflər arasında baş tutan “sevdalı görüş”, bu yöndə yazılmış şikayətin ötrt-basdır olunması ilə nəticələnir. “İNCİ İPƏK” MMC sabiq icra başçısına bağlı olan və hazırda Bakı şəhərində yaşayan Natiq adlı şəxsə məxsus olduğundan, İbrahim Mustafayev bu MMC-nin Gədəbəydə fəaliyyət göstərməsinə “yaşıl işıq” yandırır. Unutmaq olmaz ki, “İNCİ İPƏK” MMC-nin sahibi Gədəbəydə vəzifə sahibi olan hər bir vəzifə sahibinin fırıldaq və saxta əməlləri haqda lazımınca məlumatlı olduğundan, bu gün hansısa məmur tikinti işlərinin dayandırılması ilə bağlı həmin şəxsə bir söz deyə bilmir.
Məsələn, rayonda su anbarına yaxın ərazidə, daha dəqiq desək şəhid Mübariz Abbasovun adını daşıyan küçədə yerləşən AXUND FƏRRUX QASIMOV məscidi, Rusiyada çalışan gədəbəylilərin göndərdikləri vəsaitlər hesabına tikilməsinə və ətrafına hasar çəkilməsinə baxmayaraq, rayonda vəzifə sahibi olanlar həyata keçirilən tikinti işlərini “İNCİ İPƏK” MMC inşa edib deyə, rəsmi sənədlərdə belə bir sənədləşmə işlərini rəsmləşdirirlər. Söylənilənlərə görə, Gədəbəydə baş verən biabırçılıqlardan biri də, Firdovsi həkimin 350 min manat haqq-hesabın müqabilində MRX-da direktor vəzifəsinə sahiblənməsi olur. Utancverici hallardan biri də, Əlviz həkimin 20 il RF-da ayaqqabı satmaqla məşğul olan əmisinin, bir müddət bundan öncə təcili tibbi yardım şöbəsində həkim vəzifəsinə təyin olunması olur. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik. Hörmətli oxucular! Bu yöndə çox ciddi araşdırmalarımız olacaq, odur ki, bizi izləməyi unutmayın.
Mövzu diqqətimizdədir. //gundemxeber.az//