Oktyabrda hava necə olacaq? - Umayra Tağıyeva AÇIQLADI...
Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, adətən tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Bakıda havanın temperaturu orta hesabla gecələr 13-15 dərəcə, gündüzlər 19-21 dərəcə olub. Lakin son 22 ildə oktyabr ayında havanın ən yüksək maksimal temperaturu 2012-ci ildə Abşeron yarımadasında 35,1 dərəcə isti qeydə alınıb: “2001-ci il isə əksinə havanın temperaturu ən aşağı göstəriciyədək enib və qış üçün səciyyəvi temperatur olan 3,4 dərəcə isti qeydə alınıb. Həmin göstəricilər oktyabr ayında havanın çox dəyişkən olmayacağından xəbəbr verir”. Xidmət rəisi bu ilin oktyabr ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyinin gözlənildiyini söyləyib. Temperatur göstəriciləri əhali üçün komfort sayılan diapazonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq, mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 metr/saniyə olacağı gözlənilir. "AzerTaym.az"