Bakıda daha bir məktəbdə biabırçılıq - VİDEO
Bakıda daha bir orta məktəbdən utancverici video yayılıb. "AzerTaym.az" bildirir ki, videonu sosial şəbəkədə paylaşan təhsil eksperti Kamran Əsadov bu faktı Elm və Təhsil Nazirliyinin məktəblərə nəzarət edə bilməməsinin, düzgün tədris mühitini qura bilməməsinin növbəti nəticəsi kimi təqdim edib: “Son iki il ərzində bir çox orta məktəbdə idarəetmə, tədris, təhsil mühiti yoxa çıxıb. Məktəblər selfi çəkdirib tədbirlərdə əl çaldırmaq üçün məkan deyil cənablar. Ayılın, özünüzə gəlin. Arada isti kabinetinizdən çıxın, məktəblərə gedin. Amma pul yığmağa yox, qohum, dostu təyin etməyə yox, vəziyyəti yoxlayıb tədbir görməyə". Videonun 112 saylı orta məktəbdə çəkildiyi bildirilir.