DTX-nın FƏRHAD ƏHMƏDOVA SUALLARI YARANIB – Milyarderin obyektlərində axtarış aparılır?

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun Azərbaycandakı biznes obyektlərində axtarış aparıldığı barədə məlumatlar yayılıb.

Haqqin.az saytı hökumətdəki mənbələrinə istinadla bildirir ki, Fərhad Əhmədovla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) suallar yaranıb. Xəbərdə bildirilir ki, milyarderin saxlanılması barədə məlumatlar həqiqətə uyğun deyil.

Ad - 00:06

 

Fərhad Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya oliqarxa qarşı sanksiyalar tətbiq edib.






Fikirlər