Azərbaycanlı milyarderə 500 milyonluq ZƏRBƏ: Tatyana Əhmədova...

Azərbaycanlı milyarderə 500 milyonluq ZƏRBƏ: Tatyana Əhmədova...

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun 500 milyon dollar dəyərindəki “Luna” lüks yaxtası məhkəmənin qərarı ilə onun keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya verilib.

AzerTaym.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Arabian Biznes” məlumat yayıb.

Bildirilib ki, bu ilin aprelində London məhkəməsi Dubayda yerləşən yaxtanın Əhmədovaya verilməsi ilə bağlı qərar vermişdi. Ötən ay da BƏƏ-nin şəriət məhkəməsi F.Əhmədovun apellyasiya şikayətinə baxıb və faktiki olaraq London məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hazırda isə vəkillər yaxtanın T.Əhmədovanın adına keçirilməsi ilə bağlı sənədləşmə işləri aparır.

Xatırladaq ki, hələ 2016-cı ildə Londonun Ali Məhkəməsi azərbaycanlı milyarderin keçmiş arvadına 600 milyon dollar təzminat verməsi ilə bağlı qərar çıxarsa da, birinci şəxs bundan narazı qalmışdı.

F.Əhmədov bu yaxtanı 2014-cü ildə “Çelsi” rəhbəri, məşhur milyarder Roman Abramoviçdən alıb. Sözügedən yaxta böyüklüyünə görə dünyada 23-dür.

Yaxta fevral ayından Rəşid limanındadır.






Fikirlər