“Vəfatını gələndə yolda bildim” - Tünzalənin ATASI...
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva bu gün dünyasını dəyişib. Axşam.az xəbər verir ki, ailəsi mərhumun nəşini məscidə aparmaq üçün onun atası Məcid Əliyevin Gəncədən gəlməyini gözləyib. M.Əliyev Milli Onkologiya Mərkəzinə gəlib. O, jurnalistlərin suallarına “Vəfatını gələndə yolda bildim” cavabını verib. Yaxınları onun danışmasına icazə verməyib. Qeyd edək ki, T.Əliyeva uzun müddətdi xərçğngdən əziyyət çəkirdi.