Zəlzələdə 11 qohumunu itirən deputat: “Kaş, evlərimizi möhkəm tikərdik”

Zəlzələdə 11 qohumunu itirən deputat: “Kaş, evlərimizi möhkəm tikərdik”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Hatay bölgəsi üzrə millət vəkili Hüseyn Yayman Kahramanmaraşda baş verən zəlzələdə çox sayda binanın dağılmasını inşaat sektorunun sağlam olmaması ilə əlaqələndirib. 

Modern.az xəbər verir ki, deputat Fox TV-nin canlı yayımına qoşularaq, "kaş ki, əvvəldən lazımi tədbirlər görəydik, evlərimizi daha da möhkəm tikərdik" deməklə tikintidə qanun pozuntularının olduğuna işarə edib. 

Qeyd edək ki, Hüseyn Yayman Kahramanmaraşda baş verən zəlzələdə 11 yaxın adamını itirib. 

 

Onun bacısı, qardaşı, dayısı, bibisi, xalası, qardaşı oğlanları və qardaşı qızları, dayısı qızları dağıntılar altından ölü çıxarılıb. 






Fikirlər