Rövnəq Abdullayevin ARDNŞ-də qohum-əqrəba şəbəkəsi

Rövnəq Abdullayevin ARDNŞ-də qohum-əqrəba şəbəkəsiGetdikcə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və onun ətrafındakı qohumları, əmiləri, dayıları, əmioğlanları, dayıoğlanları, qaynatası və digərləri dünya mətbuatının müzakirə predmetinə çevrilir

Bu günlərdə bu mövzu yenidən gündəmə gəlib. Və əsasən Rövnəq Abdullayevin qaynatası, həm də əmisi Adəm müəllimin offşor şirkətlərdəki əməllərindən bəhs edilir. Əlbəttə ortada ciddi bir araşdırma yazısı var. Bu arada qafqaznews.az araşdırma aparıb SOCAR-ı idarə edən nəsl şəcərəsini ortaya qoydub. Əgər sonuncu yazıda ancaq Adəm müəllimdən, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevdən və Fəxrəddin İsmayılovdan bəhs edilirsə, bizim araşdırma neft səltənətini sarımış bütün hörümçək torunu cəmiyyətə göstərir.

1. Anar Əliyev Rövnəq Abdullayevin dayısı Nüsrətin oğludur.
2. Anarın qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis İnayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
3. Anarın digər qardaşı Nihad SOCAR-da satış direktoudur.
4. Anarın atası Nüsrət (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
5. Anarın əmisi Azad (R. Abdullayevin digər dayısı) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir. 6. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
7. Anarın xalası oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir.
8. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq "EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
9. Sonuncu yazıda adı çəkilən Adəm müəllim (Rövnəq Abdullayevn qaynatası və doğma əmisi) SOCAR-da Demontaj sektorunun rəisidir.
10. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri İdarəsinin rəisidir.
11. Neft Kəmərləri İdarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
12. Anarın qohumu Toğrul Seyidov "SOCAR PETROL”-un prezidentidir.
13. Rövnəq müəllimin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir və s.

Sənan Məmmədli






Fikirlər