20.03.2014. - Rövnəq Abdullayev namaz qılanları işdən çıxardı

20.03.2014. -  Rövnəq Abdullayev namaz qılanları işdən çıxardı SOCAR və "Tekfen" şirkətinin birgə işlədiyi yeni olimpiya mərkəzində çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıb.

AzerTaym.az İslamazeri.az saytına istinadən xəbər verir ki, onların sayı 15 nəfərdir. Digər gündəlik dini ibadətlərini yerinə yetirənləri də eyni aqibət gözlədiyi açıqlanıb.

Belə ki, dünən günorta namazının camaat halında qılınmasından sonra SOCAR-ın yüksək vəzifəli işçiləri 15 nəfərin iş kartını əlindən alıb və işdən çıxarılmalarını bildirib. Məlumata görə, bu hadisə namazdan dərhal sonra baş verib.

Artıq baş verənlərlə bağlı İslam Həmdəmov və Elşən Məmmədov adlı işçilər İslamazeri.az saytına açıqlama verərək faktı təsdiqləyiblər.

20.03.2014. -  Rövnəq Abdullayev namaz qılanları işdən çıxardı






Fikirlər