Vahid Əziz: “Ailə dağılırsa, günah başqa qadının iblisliyindədir”
Xalq şairi Vahid Əzizin sözlərinə görə, gənclər evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi olarlar: “Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-birini boğmağa. Nə olub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi. Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır”.