Bakıda inkasator maşınına hücum: Baş Prokurorluq ilkin bəyanat yaydı...
Bu gün Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı məlumat yayılıb. Hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir: "Rəsmi qurumun açıqlaması gözlənilsin". Qafqazinfo-nun məlumatına görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb. Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.