ADU-da "Heydər Əliyev-100" adlı fləşmob təşkil edilib - VİDEO
Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev-100" adlı fləşmob təşkil edilib. "AzerTaym.az" biıdirir ki, fləşmob universitetin "Təhsil 1" fakültəsinin nəzdindəki İngilis dilinin fonetikası kafedrası tərəfindən hazırlanıb. Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Sözügedən fləşmobda Təhsil 1 fakültəsinin 220 tələbəsi fəal iştirak edib.