Bakı Şəhər Təcili Yardım Stansiyasının 281 minlik tenderini udan şirkət kimindir? – DETALLAR

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” Publik Hüquqi Şəxs “Mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satın alınması” məqsədilə bu ilin aprelin 26-da elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 281 min 886 manat olan tenderin qalibi “Art Point Reklam” MMC (VÖEN – 1304435081) olub.

Tenderin şərtlərinə əsasən, şirkət 2 milyon 800 min ədəd təcili tibbi yardımın qeydiyyat kitabı, 2400 ədəd müşaiyət vərəqi, 550 ədəd psixotrop dərmanların qeydiyyat kitabı, 550 ədəd narkotik dərman preparatlarının qeydiyyat kitabı, 1000 ədəd rəngli firma kitabı, 200 min ədəd 2 səhifəlik aq-qara cədvəl, 200 min ədəd qrafik üzrə A3, ağ-qara cədvəl, 50 ədəd əmlakın (qiymətlilərin) ləğvi aktı, 50 min ədəd iş vaxtının uçot tabeli, 2 milyon ədəd sahə həkiminin xəbərdarlıq vərəqəsi və digər 97 adda mətbəə, dəftərxana və təsərrüfat mallarının satın alınmasını həyata keçirəcək. 

Qeyd edək ki, adıçəkilən şirkət İN yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qetiyyatına alınıb.

İnternet resurslarında şirkət haqqında məlumatlar çox məhduddur və yalnız əsas ofisinin Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərdiyi qeyd edilir.

Azərbaycandakı ofisi və rəhbəri, hətta veb-saytları haqqında heç bir informasiya yoxdur. Şirkət 2021-ci ilin martın 1-də Qusar rayon mərkəzi xəstəxanasının keçirdiyi ümumi məbləği 218 min 873 manat oln tenderin qaliblərindən biri olub və aralarında 63 min 214 manatlıq satınalma müqaviləsi bağlanılıb. Müqviləyə əsasən, şirkət xəstəxana üçün mətbəə xərclərinin satınalınmasını həyata keçirib. 

 






Fikirlər