Çağırışa gedən təcili yardım maşını 22 yaşlı oğlanı vurdu ...

Çağırışa gedən təcili yardım maşını 22 yaşlı oğlanı vurdu 

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. 

 Çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub. 

Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. 

Hadisənin təfərrüatı araşdırılır. Yenisabah.az

 






Fikirlər