Ermənilərin Qarabağda 4 mərtəbəli villası, “Lamborghini”si qalıb?

Ermənilərin Qarabağda 4 mərtəbəli villası, “Lamborghini”si qalıb?

“Başda Xankəndi olmaqla qondarma rejimin və Ermənistan Silahlı Qüvvələrinin işğalından xilas etdiyimiz ərazilərimizdə bir məqam xüsusilə əhəmiyyətlidir”. 

AzerTaym.az  yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış politoloq Nazim Cəfərsoy deyib. 

Politoloq: Qonşu ölkədə əməliyyat başlaya bilər - Video

O, Qarabağdan gedən ermənilərin evlərindəki əşyaların qorunması ilə bağlı təklif irəli sürüb. 

Siyasi təhlilçi əlavə edib ki, bu bölgələrdə müxtəlif qurumlar və evlərdə çox sayda qiymətli cihaz, avadanlıq, əmlak və müəyyən şəxsi əşyalar qalıb: 

“Dövlətimizin bütün qurumları, xüsusilə DİN, DTX və regionda mövcud olan rəsmi qurumlar o binaları və evlərin içindəki bütün avadanlıqları, cihazları və s. birlikdə öncə videoya almalı, mütləq qorumalı və inventarlaşdırmalıdırlar. Əvvəla, bilinməlidir ki, orada olan hər şey xalqımızdan 30 il boyunca oğurlanan sərvətinin kiçik bir hissəsidir. Bu ümumi malıdır və ona ciddi nəzarət zəruridir!” 

Onun sözlərinə görə, həmin bölgədə bütün ümumi binalar və içindəkilər də Azərbaycan dövlətinin malıdır, əlaqədar qurumlar tərəfindən ciddi qorunmalıdır və oradakı evlər də Azərbaycan dövlətinin qoruması altında olmalıdır: 

“Üçüncüsü, dövlətin məqsədi bir an öncə Xankəndi başda olmaqla bu bölgələrin normal həyata dönüşünü təmin etməkdir: "Xankəndiyə və ya Xocalıya bir azərbaycanlının qayıtması bugünkü şərtlərdə Ağdama bir azərbaycanlının qayıtmasından daha asandır. Dolayısı ilə, o yerlərə sürətli qayıdış üçün mövcud imkanların normal fəaliyyətini sürətlə bərpası lazımdır. Bu da mövcud vəziyyəti qorumaq və nöqsanları həll etməklə mümkündür”. 

“Dördüncüsü, Qarabağda nəzarəti bərpa edirik, ancaq prosesdə təbliğat və hüquqi mübarizə hissəsi yeni başlayır. Ən kasıb erməni belə bizi 4 mərtəbəli villasını və “Lamborghini”sini əlindən almaqla ittiham edib Avropa məhkəməsinə verəcək. Dolayısı ilə, o bölgələrdə vəziyyəti ermənilər çıxandan sonrakı kimi saxlamaq, bunu videoya çəkmək və hər şeyi dövlət tərəfindən qoruma altına almaq zəruridir”, - o, qeyd edib. 






Fikirlər