“Abzas Media” saytının əməkdaşı saxlanılıb ...
“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb. APA xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib, bildirib ki, araşdırma aparılır. Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.