“Jalilov”un qeyri-etik davranışlarına DİN-dən reaksiya - VİDEO
"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır". AzerTaym.az bildirir ki, bunu Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.