BU LAP AĞ OLDU: Hamilə qadınların cibinə göz dikirlər... - "Qorxuram ki, sonra acığa düşüb..."

BU LAP AĞ OLDU: Hamilə qadınların cibinə göz dikirlər... - "Qorxuram ki, sonra acığa düşüb..."

"Hər kəsdən üzr istəyirəm, mən ana olmağa hazırlaşıram. Yaşadığım Xətai rayonunda 10 Saylı Qadın Məsləhətxanasında (dəyişib 4 saylı olduğunu deyirlər) qeydiyyatdayam..."

Dia-azinfo bildirir ki, bunu öz gileyində Gülarə Həmidova adlı şikayətçi ifadə edib.

Narazı vətəndaş daha sonra yazır: "Məni həmin məsləhətxanaya bir həkimə yönləndirdilər. Mən bir neçə aydır ora gedirəm... əvvəlcə hər şey pulsuz idi. Lakin, bildirdilər ki, 3 dəfə "UZİ"yə düşməyi sığorta qarşılayır, amma sonrakıları hər "UZİ"-yə düşəndə (15 manat) ödəməlisən.

Amma icbari sığorta ilə də danışdım, eyni zamanda mənim kimi qeydiyyatda olduğu yerə başqa yerə gedən hamilə tanışlardan da soruşdum dedilər ki, 10 dəfə də "UZİ"yə düşsən, pulsuzdur.

Mən bu xəstaxananı hara şikayət edə bilərəm?

Onsuz da hər dəfə gücüm çatandan hörmət edirəm, amma məcbur etmələri xoşuma gəlmir.

Sığorta, dövlət belə demir desəm, qorxuram ki sonra acığa düşüb cavabları düz deməz yaxşı baxmaz.

Ona görə səssiz-sədasız şikayət etmək istəyirəm... Hara şikayət edə bilərəm?"






Fikirlər