Əhali arasında rotavirus və konyuktivit yayılır (VİDEO)

Əhali arasında rotavirus və konyuktivit yayılır

 

Son günlər əhali arasında rotavirus və göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb. İnsanlar qarın boşluğunda ağrılar, yüksək hərarət, uzun müddət davam edən qusma, ishal, həmçinin gözlərdə konyuktivit əlamətləri ilə xəstəxanalara müraciət edirlər.  
Azertaym.az xəbər verir ki, bu barədə İctimai TV süjet hazırlayıb.
İnfeksionist Aygül Əhmədovanın sözlərinə görə, həm uşaqlar, həm də böyüklər arasında yayılan rotavirus infeksiyasının sağalma müddəti 10 günə qədər davam edir. Xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu xəstəlikdən əziyyət çəkir.
O qeyd edib ki, xəstə müalicə ilə yanaşı, çoxlu maye də qəbul etməlidir.  
Həkimlər, həmçinin gözlərdə quruluq və konyuktivit əlamətlərinin də geniş yayıldığını bildirirlər. Xüsusən də, bu xəstəliklə təkrar müraciət edənlərin sayı çoxdur. Xəstəliyin artmasına isti havanın da təkan verdiyi vurğulanır.
Ətraflı videomaterialda:






Fikirlər