Komitə sədri Nardaranda “Gənclər şəhərciyi”nın salınmasını təklif etdi
Uzun zamandır ki, Bakıda “Gənclər şəhərciyi”nin tikilməsi ilə bağlı müzakirələr aparılır. Məsələ zaman-zaman gündəmə gətirilsə də, ortada real iş görünmür. Bununla belə, gənclər Bakıda bu məsələnin yaxın gələcəkdə gerçəkləşəcəyinə çox ümidlidirlər. Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovdan münasibət öyrənib. Komitə sədri qeyd edib ki, Bakıda “Gənclər evi”nin yaradılması ilə bağlı bundan əvvəlki çağırış Milli Məclis dövründə dəfələrlə çıxış edib: Digər tərəfdən, bizim gənclərin də belə şəhərciyə böyük ehtiyacı var. Düşünürəm ki, gənclər bir yerdə öz potensiallarını daha yaxşı şəkildə aça bilərlər. Onlar asudə zamanlarının faydalı iş əmsalını da artırmış olarlar”. Şəxsən mən bunun tərəfdarıyam. Ona görə də Bakının dəniz sahilində yerləşən kəndlərindən birində bu şəhərciyin salınması məqsədəuyğun olardı. Belə bir yer kimi Nardaranın üstündə dayanıram. Bu təkliflə geniş şəkildə çıxış edəcəm”.
“Hesab edirəm ki, bu, çox vacib məsələdir. Birinci ona görə ki, bununla bağlı müsbət nəticə verən xarici təcrübə var. Təbii ki, biz də dünyanın mütərəqqi təcrübəsindən yararlana bilərik.
“Gənclər şəhərciyi”nin harada salınmasına gəlincə, komitə rəhbəri qeyd edib ki, bununla bağlı müxtəlif variantlar üzərində dayanmaq olar: “Hesab edirəm ki, “Gənclər şəhərçiyi” elə bir yerdə salınmalıdır ki, gənclərimiz asudə vaxtlarını da mənalı, səmərəli keçirsinlər, boş zamanlarını faydalı məsələlərə həsr etsinlər. Həm də bu şəhərcik mənzərəli yerdə olsun. Bu baxımdan, şəhərciyin salınacağı yer çox önəm kəsb edir. Bakı Xəzər dənizinin sahilində yerləşir. Belə bir coğrafiyada biz bu şəhərciyi birmənalı olaraq, dəniz sahilində salsaq, hərtərəfli udmuş olarıq.