Erməni işğalçılarının BAŞI üzərində “YAŞIL ƏJDAHA”: Azərbaycan İsraildən alıb?

İsrailin İsrael Israel Aerospace Industries (IAI) müdafiə sənayesi korporasiyası havada asılı vəziyyətdə qala bilən, 40 kilometr məsafədən hədəfi aşkarlayan və yüksək dəqiqliklə məhv edən, pilotsuz uçan döyüş sursatını təqdim edib.

Virtualaz.org xəbər verir ki, bu haqda İAİ-nin məbuat xidməti açıqlayıb.

Konserinin məlumatına görə “Green Dragon” (“Yaşıl Əjdaha”) adlı sistem özündə pilotsuz uçan aparatla döyüş sursatının kombinasiyasını nəzərdə tutur.Bu sistem quru qoşunlarının taktiki birləşmələri, habelə xüsusi təyinatlı qüvvələrin əməliyyatları üçün nəzərdə tutulub.

Uçan və havada asılı qala bilən döyüş sursatı operativ kəşfiyyat apara, hədəfi aşkarlaya və pilotsuz aparata kombinə edilmiş döyüş sursatının köməyi ilə onu yüksək dəqiqliklə məhv edə bilir. Sistem start konveyrindən havaya qaldırılır. Quru qoşunlarının adi nəqliyyat vasitəsinin, yəni yük maşınının köməyi ilə 12-16 vahid belə konteyner daşımaq mümkündür.

Aparat 2 saat ərzində havada qala bilir, start nöqtəsindən 40 kilometr məsafəyə uçur. Aparatda istifadə edilən pilotsuz qurğu elektrik mühərriki ilə təchiz edildiyindən sistemin akustik baxımdan qeydə alınması çox çətindir. Döyüş sursatının çəkisi 3 kiloqramdır. Hədəfi vurma dəqiqliyi 1 metrdir.

 

Sistemin operatorları pilotsuz qurğunun videomüşahidə kameralarından təsvirlərin alınması üçün portativ terminalla təchiz edilib. Habelə sistem döyüş vəzifəsinin təxirə salınması və aparatın bazaya geri qayıtmasını təmin edən funksiyaya da malikdir.

Pilotsuz sistemlər üzrə rusiyalı espert Denis Fedutinovun sözlərinə görə, İAİ şirkəti hədəfin üzərində,, havadan asılı vəziyyətdə qala bilən pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması üzrə qabaqcıllardan biridir. Bu şirkət Harpy NG, Harop və Green Dragon kimi bir neçə belə sistem işləyib hazırlayıb.

“İsrail ordusu ilə yanaşı belə sistemlər Türkiyə, Çin, Hindistan, Cənubi Koreya və ola bilsin Azərbaycandan hərbi sifarişçilərə çatdırılıb”-ekspert bildirib.

Azərbaycanın İsraildən belə sistemlər aldığına dair rəsmi məlumat yoxdur. Bununla belə Bakı İAİ korporasiyası ilə xeyli müddətdir əməkdaşlıq edir və bu şirkətin istehsalı olan pilotsuz kəşfiyyat təyyarələrini, digər döyüş sistemlərini alır. Əgər Azərbaycan İsraildən “Green Dragon” və ya ona bənzər döyüş sistemləri alıbsa bu, Qarabağda Ermənistan işğalçı qüvvələri üçün doğrudan da qorxulu röyaya çevriləcək. Bu silahla düşmənin nəzarətində olan ərazilərin taktiki dərinliklərində yerləşən bazalara qəfil və dəqiq zərbə endirmək mümkün olacaq.






Fikirlər