Yanan BİNAYA GÖRƏ daha bir nəfərə CƏZA İSTƏNİLDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevə cəza istənilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan dövlət ittihamçısı çıxış edərək M.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.