Bərdədəki ANA ÖLÜMÜNƏ görə cinayət İŞİ BAŞLANDI

Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.






Fikirlər