Şirvan Kərimovun oğlu ÖZÜNÜ GÜLLƏLƏDİ(FOTO)
Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.
AzerTaym APA-ya istinadən xəbər verir ki, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.