Azərbaycanın ən titullu ağırlıqqaldıranından DOPİNQ aşkarlandı
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. “Report”un IWF-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var. N.Paşayevdən 3 preparat – Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.