26.04.2014. - Əsəbi hakim idmançını döydü - (Video)

26.04.2014. -  Əsəbi hakim idmançını döydü - (Video)Taekvando döyüşü zamanı qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan maraqlı video izlənmə sayına görə rekord qırıb.

Videoda görünür ki, iki taekvandoçu döşəkdə döyüşür. Lakin idmançılar döyüş qaydalarına riayət etmirlər. Bu zaman hakim onları ayırmaq istəyir. İdmançılar hakimə tabe olmur. Bu zaman hakim idmançılara hücum çəkir.

Əsəblərini cilovlaya bilməyən hakim, idmançılardan birini ayağı ilə vurur. Digərinə isə əli ilə hücum edir. Hakim köməkçiləri əsas hakimi birtəhər sakitləşdirməyə çalışırlar.

ANS PRESS maraqlı görüntüləri təqdim edir:







Fikirlər