12.03.2014. - Əkrəm Əylisli Anara ilişdi – “Mən ədəbiyyata ata-ana qucağında gəlməmişəm”
APA-nın xəbərinə görə, Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.
Müraciəti 13 nəfər imzalayıb. Onların arasındakı Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.
Əkrəm Əylisli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu müraciətn KİV-ə hardan və necə sızdığn blmir: “Müracətə qol çəkənlərdən yalnız birini – Andrey Bitovu tanıyıram. Bilirəm ki, A.Bitov dünyanın ədəbi dairələrində hələ keçən əsrin 60- cı illərindən bəri öz əqidəsi və istedadı ilə tanınan böyük rus yazıçılarından biridir. Azərbaycanın ədəbi mühitində də onu tanıyanlar az deyil. Müraciətə qol çəkən 13 nəfər alim və ictimai xadimin heç birini şəxsən tanımıram. Amma onların elmi və ictimai fəaliyyətinə qismən bələdəm. Mənim “Da yuxular” əsərinə məməkətimizin hakim ideologiya təəssübkeşləri tərəfindən necə sərt münasibət göstərildiyini yəqin ki, hamı bilir. Ölkəmizin hakim ideologiyası ilə mənim heç bir ədavətim yoxdur. Ancaq mən həmişə b filirdə olmuşam ki, hakim ideologiya ədəbiyyata qarışmasa daha yaxşı olar. Çünki ədəbiyyat ideologiya deyil, metaforadır, sırf söz sənətidir. Ancaq bu, mənim və bəlkə heç yuxarıda oturanların da günahı deyil ki, bu ölklənin hıtta Yazıçıar Birliyi də özünün ideologiyanın keşiyində durduğuna kimisə inandırmaq üçün dəridən-qabıqdan çıxmağa hazırdır”.
“Mən ədəbiyyata ata-ana qucağında gəlməmişəm” deyən Ə.Əylisli bu sənətə qorxulu döngələrdən, qaranlıq dalanlardan tək-tək keçib gəldiyini dedi: “Və bir yazıçı ömrünü axıracan, səmimi yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, Azərbaycan yalnız öz içində yaşamır. Dünyanın sivil dövlətləri arasında öz layiqli yerini tutmağa daim can atır. Xudbin, əyalətçi təsəvvürlərlə dünyanın mədəni həyatında daimi yer sahibi olmaq mümkün deyil. Mən buna inanmışam və bu inamla da hər zaman əlimə qələm götürmüşəm. Mükafata təqdim olunmaq hələ mükafatı əldə etmək deyil. Mən bu mükafatı əlbəttə almaq istərdim. Amma çox arzu edərdim ki, bu mükafatı almağıma xalqımla bir yerdə sevinə biləydim”.