30.01.2014. - Xanimlar arasında "Sumo" güləşi (VİDEO)

30.01.2014. -  Xanimlar arasında "Sumo" güləşi (VİDEO)
30.01.2014. -  Xanimlar arasında "Sumo" güləşi (VİDEO) Xanimların çəkisi 100 kq olmasa da, yarış izləyicilərin marağına səbəb olub.
Sumo - qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. Sumoda çəki amili əsas şərtlərdəndir və adətən kişilər arasında baş tutur. AzerTaym.az isə xarici mətbuata istinadən oxucularına qadınlar arasında Sumo güləşini təqdim edir. Amma, bu videodakı xanımların çəkisi heç də 100 kq deyil. Buna baxmayaraq, yarış izləyicilərin marağına səbəb olub. Xatırladaq ki, Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.

Bədənin və qurşağın müxtəlif yerlərindən tutmaq, tullama fəndi, badalaq və ağrıdıcı fəndlər mümkündür. Döyüş güləşçilərin eyni anda bir-birini dartması və toqquşması ilə başlayır. Üstünlük daha çox hücum edən tərəfdə olur. Yüksək divizionda iştirak edən güləşçilərin çəkisinin 100 kq-dan artıq olması mütləq şərtdir.
Sumoda döyüş meydançası "doxyo" adlanır. Döyüş dairəsinin diametri 4,55 metrdir.

30.01.2014. -  Xanimlar arasında "Sumo" güləşi (VİDEO)






Fikirlər