“İSLAMİADA 2017”: 7 ÖLKƏNİN PULUNU AZƏRBAYCAN ÖDƏYƏCƏK – Nazirdən AÇIQLAMA

AISGOC CoCom 3_Azad Rahimov azpolitika info

İslam Oyunları ilə bağlı nəqliyyat sisteminə yekun vurulmalıdır. Bu çox vacib bir sistemdir.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Nazir bildirib ki, xatırlayırsınızsa, Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu“İndi biz başqa yollar axtarıb həmin yollarla bu işi həyata keçirməliyik. Artıq bu yollar tapılıb. Daha ucuz və daha əlverişli. Əsas odur ki, idmançılar onlardan tam şəkildə razı qalsın, yarış məkanlarına vaxtında çatdırılsınlar. Bu istiqamətdə işlər aparılır. Aparat tam şəkildə formalaşıb, bütün komplekslərdə avadanlıqlar var, çatmayan avadanlıqlar isə artıq sifariş olunub, hər hansı problem yoxdur”.

A.Rəhimov deyib ki, bizim əsas məqsədimiz odur ki, 57 islam ölkəsinin hamısı Bakıda yarışda iştirak etsin, bu rekordu da vuraq: “Artıq 50 ölkədən tam təsdiq cavabı almışıq və onlar yarışlarda iştirak edəcəklər. Qalan 7 ölkə bəzi səbəblərə görə hələ ki gələ bilmirlər, maliyyə məsələlərində problemlər var. Biz çalışırıq ki, onlara da kömək edək və bu oyunlara cəlb edək”.






Fikirlər