19.08.2014- “Neftçi“ni “Neftçibaza“dan qovdular: 35 min manat borcları var

19.08.2014- “Neftçi“ni “Neftçibaza“dan qovdular: 35 min manat borcları varBir neçə gün əvvəl "Neftçi"dəki maliyyə problemləri barədə məlumat vermişdik. Xatırladaq ki, həmin xəbərdə klubun mətbuata reklam pullarını 4 aydı ödəmədiyi bildirilirdi

"Neftçi"dəki problemlər bununla bitmir.
Belə ki, klubun aşağı yaş qrupları üzrə komandaları Milli olimpiya komandalarının təlim-məşq bazasından (köhnə “Neftçibaza”) çıxarılıb. Bunun səbəbi də maliyyə problemləridi. Belə ki, klub rəhbərliyi artıq 5 aydı bazanın icarə haqqını ödəmir. Aylıq icarə haqqı 7 min manat olduğundan "Neftçi"nin bura 35 min manat borcu var.

Artıq komandalar bazadan çıxarılıb. Bu isə "Neftçi"nin uşaq komandalarında çıxış edən futbolçuların ailələrinin narazılığına səbəb olub. Çünki Milli olimpiya komandalarının təlim-məşq bazası Azadlıq prospektində yerləşir və uşaqların bura gəlib-getməsi rahatdı. Klub rəhbərliyi təcili olaraq vəziyyətdənr çıxış yolu tapmasa, çox sayda uşaq "Neftçi"dən ayrılacaq.


Piasport.az






Fikirlər