23.09.2014 - Azərbaycan futbolunda növbəti biabırçılıq
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın (doğum tarixi: 11.11.1990) iştirak etdiyini bildirib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu aşkarlanıb.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi “Mil-Muğan”a limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verib, klub 1000 manat cərimə olunub. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulmuş qollar ləğv edilir.
“Mil-Muğan” klubunu baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb və klub 1000 manat cərimə olunub.